“Beşiktaş”dan 36 ilin antirekordu
01.12.2023 - 12:33
“Beşiktaş”dan 36 ilin antirekordu

"Beşiktaş" 36 ildən sonra evdə 5 qol buraxıb.

Apasport.az xəbər verir ki, İstanbul klubu Konfrans Liqasında Belçika təmsilçisi "Brügge"yə 0:5 hesabı ilə məğlub olub.

“Ağ-qaralar” sonuncu dəfə 1987-ci ildə öz meydanında 5 top buraxıb. Həmin vaxt Kiyev “Dinamo”su Türkiyədən 5:0 hesablı qələbə ilə ayrılıb. 

Qeyd edək ki, cəza alan Necip Uysaldan başqa, Daniel Amartey, Erik Bailli, Jan Onana, Salih Uçan, Milot Raşika, Raşid Ghezzal, Valentin Rosier və Artur Masuaku da zədə səbəbindən bu matça heyətə daxil edilməyib.

0