"Beşiktaş"ın müdafiəçisi zədələndi
22.02.2024 - 17:13
"Beşiktaş"ın müdafiəçisi zədələndi

"Beşiktaş"ın sol cinah müdafiəçisi Artur Masuaku komandanın bugünkü məşqini yarıda tərk edib.

Apasport.az "Sabah"a istinadla xəbər verir ki, 30 yaşlı futbolçunun "İstanbulspor" matçını buraxa bilər. 

Afrika Millətlər Kubokundan qayıdan Artur Masuaku dizindəki ağrılar səbəbilə "Beşiktaş"ın dünənki məşqinə qatılmayıb. 

Konqolu müdafiəçi bu mövsüm "Beşiktaş"ın heyətində bütün turnirlərdə 18 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.

0