“Real”ın xavbeki Qaret Beyl hələlik klubdakı gələcəyi barədə yekun qərar verməyib.
2017-18 mövsümünün bitməsinin ardından uelsli futbolçunun agenti müştərisinin İngiltərəyə transferi barədə müzakirələr aparmaq üçün “Real” rəhbərliyi ilə danışıqlar masasına oturmaq qərarına gəlmişdi. Ancaq Zinəddin Zidanın istefasının ardından sözügedən görüş təxirə salınıb.
Beyl yekun qərarını verməmişdən öncə yaxın günlərdə yeni baş məşqçi Xulen Lopetegi ilə görüşüb, gələcəyi barədə danışacaq. Onun öncəliyi komandada əsas heyət oyunçusu olmaqdan ibarətdi. Yalnız bu şərtlə Qaret komandada qalmağı planlaşdırır.