“Bəzi anlarda gücümüz çatmadı” – qazaxıstanlı qapıçı
04.06.2018 - 17:14
“Bəzi anlarda gücümüz çatmadı” – qazaxıstanlı qapıçı

“Oyundan əvvəl cəmi 3 gün məşq etmək imkanımız oldu. Komandanın yeni tələblərə uyğunlaşma prosesi davam edir. Ancaq rəsmi matçlara qədər səhvlərimizi düzəltmək üçün vaxtımız olacaq”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan yığmasının qapıçısı Timurbek Zakirov deyib.

 

Qazaxıstan bu gün Azərbaycanın U-21 millisi ilə keçirdiyi yoldaşlıq görüşündə məğlubiyyətdən son anda qurtulub – 1:1.

 

Matçdan sonra yerli mətbuata açıqlama verən qolkiper buraxılan qola görə özünü günahlandırıb: “Oyun intizamım qaydasında deyildi. Birinci hissədə komandada bir qədər arxayınlıq var idi və nəticədə rəqib bizi cəzalandırdı. Buraxılan topa görə heç kimi günahlandıra bilmərəm. Tamamilə mənim səhvim idi. Bu cür oyuna hazırlıqlı idik. Məhz belə matç üçün köklənmişdik. Lakin bəzi anlarda şansımız olmadı, bəzən isə gücümüz çatmadı”.

 

Qeyd edək ki, millimizin yeganə qoluna 34-cü dəqiqədə Sərtan Taşkın imza atıb.