“Rəqib yaxşı oyun göstərdi. Bu matç bizim üçün böyük təcrübə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Maksim Medvedev deyib.
Yoldaşlıq oyununda Qazaxıstanla qarşılaşan və 0:3 hesabı ilə uduzan yığmamızın müdafiəçisi oyun haqqında fikirlərini bölüşüb.
O, matçı belə şərh edib: “Millətlər Liqası öncəsi bu cür rəqiblə mübarizə aparmaq vacibdir. Təbii ki, belə rəqiblə oyunlar qarşıda bizim yaxşı oyun göstərməyimiz baxımından üstünlükdür. Millətlər Liqasında müxtəlif oyun üslublarına malik komandalar var. Qazaxıstan yığması da o komandalardandır ki, özünəməxsus oyunu göstərir”.