“Borussiya”da 5 vida
29.05.2023 - 13:02
“Borussiya”da 5 vida

Dortmund “Borussiya”sı beş futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Bundesliqa klubu müqaviləsi başa çatan bu oyunçularla yeni anlaşma imzalamayıb. Müdafiəçilər Rafael Gerreyro, Feliks Passlak, yarımmüdafiəçi Mahmud Daud, hücumçu Antoni Modest və qapıçı Luka Unbexaun azad agent statusu alıb.

Qeyd edək ki, “Borussiya” Bundesliqada çempionluğu son turda əldən verərək gümüş medal qazanıb.

0