Belçika ilə oynanılacaq 1/8 final matçı ərəfəsində hazırlıqlarını davam etdirən Braziliya millisində problem yaşanır. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, yığmanın üzvü Paulinyo ötən gün komandanın son məşqinə qatılmayıb.
“Samba”çıların Meksikanı 2:0 hesabı ilə məğlub etdiyi oyunun ardından Paulinyonun belində ağrılar hiss etdiyi bildirilir. Komandanın tibbi heyəti 29 yaşlı orta sahə oyunçusunun istirahət etməsini məsləhət görsələr də, o, meydana çıxmaqda qərarlıdı. Hələlik baş məşqçi Titenin yekun qərarının hansı yöndə olduğu bəlli deyil.
Qeyd edək ki, Braziliya – Belçika oyunu sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.