Braziliya millisinin üzvü MLS klubunun radarında
11.10.2025 - 18:10
Braziliya millisinin üzvü MLS klubunun radarında

"Tottenhem"in hücumçusu Riçarlison karyerasını ABŞ-də davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Orlando Siti" braziliyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

MLS klubu 28 yaşlı hücumçunu gələn ilin yayında heyətinə qatmaq üçün danışıqlar aparacaq.

Qeyd edək ki, "Tottenhem" Braziliya millisinin üzvünü 2022-ci ildə "Everton"dan 58 milyon avroya transfer edib.