“Brest” tarix yazır
25.02.2024 - 15:56
“Brest” tarix yazır

“Brest” klubu uğurlu çıxışına davam edir.

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi hazırda Fransa çempionatında lider PSJ-dən sonra 2-ci pillədə yer alır.

Bu nəticə komandanın tarixi ərzində əldə etdiyi ən yaxşı göstəricidir. Belə ki, onlar əvvəllər 8-ci pillədən yuxarı yer tuta bilməyiblər. Çempionatda oynadığı son iki matçını qələbə ilə tamamlayan “Brest” artıq 5 oyundur ki məğlub olmur.

Qeyd edək ki, komanda bu mövsüm ardıcıl 12 oyunda uduzmayaraq öz rekordunu da təkrarlamış olub.

0