[b]“Bu fakt “Qarabağ”ın gücünü bilmək üçün kifayətdi” [/b]
11.07.2018 - 13:40
[b]“Bu fakt “Qarabağ”ın gücünü bilmək üçün kifayətdi”
[/b]

“Qarabağ” çox yaxşı komandadı. Düzdü, onlar təlim-məşq toplanışına bizdən əvvəl başlamışdılar. Ancaq bu, azərbaycanlıların keyfiyyətli komanda olduğu gerçəyini dəyişmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniya yığmasının sabiq futbolçusu Zlatko Dediç deyib.

 

Hazırda “Vaker İnsburq”un formasını geyinən hücumçu Sloveniya mətbuatına açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün keçiriləcək “Olimpiya” – “Qarabağ” matçı barədə fikirlərini bildirib.

 

Avstriya təmsilçisinin heyətində iyunun 26-da “Qarabağ”la keçirilən yoxlama görüşündə (0:0) iştirak edən 34 yaşlı forvard Azərbaycan çempionu barədə müsbət fikirlər bildirib: “Olimpiya”nın hazırkı gücünü bilmirəm, onlara qarşı oynamamışam. Bu üzdən komandaları müqayisə etmək çətindi. Ancaq “Qarabağ”ın çox güclü və təhlükəli olduğunu deyə bilərəm. Fakt odu ki, onlar ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak ediblər. Xüsusən də, “Atletiko”dan hər iki görüşdə xal almalarını vurğulamaq lazımdı. Bu fakt onların gücünü bilmək üçün kifayətdi. Transfer bazarında çox fəaldırlar, güclü futbolçular ala bilirlər. Əla səviyyədə təşkilatlanmış yüksək şəxsiyyətlərə malik kollektivdi. Futbolçuları texniki cəhətdən əla durumdadı. Ən böyük özəlliklərindən biri sürətli olmalarıdı. Topla oynamağı sevən komandadı, eyni zamanda rəqibin təzyiqinə cavab verməyi bacarır. Çox riskə imkan vermirlər, çətin durumdan sadə yollarla çıxmağı bacarırlar. Lyublyanalıları çox böyük sınaq gözləyir.

 

Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:00-da start götürəcək.