[b]Buffonun cəzası bəlli oldu[/b]
05.06.2018 - 20:33
[b]Buffonun cəzası bəlli oldu[/b]

UEFA Canluici Buffonu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb onun Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Real”la matçda hakimə hücum etməsi olub.

 

Qitənin ali futbol qurumunun NİK-indən verilən açıqlamada italiyalı əfsanənin 3 oyunluq cəzalandırıldığı bildirilib.

 

Bununla da “Yuventus”dan ayrılan Buffon gələn mövsüm Avrokuboklarda çıxış edəcək hansısa komanda ilə anlaşsa, ilk 3 matçı buraxmalı olacaq.