Çağlar Söyüncü “Atletiko” ilə anlaşdı
01.03.2023 - 14:14
İngiltərədə “Lester”in şərəfini qoruyan Çağlar Söyüncü komandasını dəyişir.
Apasport.az saytı xəbər verir ki, müqaviləsi mövsümün sonunda bitəcək müdafiəçi Madrid “Atletiko”su ilə ilkin razılaşma imzalayıb.
“Liverpul” da 26 yaşlı futbolçunun transferində maraqlıdır. Ancaq daha cəld tərpənən “Atletiko”nun transferi bitirdiyi bildirilir.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Çağlar Söyüncü 2018-ci ildən “Lester Siti “klubunda çıxış edir. Futbolçu bu mövsüm sadəcə 4 oyunda iştirak edib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0