[b]Canluici Buffon rəsmən PSJ-də![/b]
06.07.2018 - 21:39
[b]Canluici Buffon rəsmən PSJ-də![/b]

“Yuventus”un sabiq kapitanı Canluici Buffonun PSJ-yə keçidi rəsmiləşib. Apasport.az xəbər verir ki, Paris təmsilçisi bunu rəsmi saytı vasitəsilə bəyan edib.

 

Bildirilir ki, 40 yaşlı qapıçı yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb. Onun illik məvacibi 8 milyon avro olacaq.

 

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildən bu yaya qədər “Yuventus”un çərçivəsini qoruyub.