Çeferindən Kloppla Qvardiolaya CAVAB
25.06.2022 - 21:48
Çeferindən Kloppla Qvardiolaya CAVAB

“FİFA və UEFA-ya hücum çəkmək həmişə asandır”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

O, daim sıx təqvimdən şikayətlənənlərə, xüsusilə də Yurgen Klopp və Pep Qvardiolaya cavab verib: “Amma hər şey o qədər asan deyil. Əgər siz az oynayırsızsa, az da pul alırsız. Şikayətlənməli kimsə varsa da, bu, ayda 1000 avro alan zavod fəhlələridir”.

Qeyd edək ki, “Liverpul”un baş məşqçisi Yurgen Kloppla “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola az qala hər müsahibədə təqvimin sıxlığından, komandaların çox sayda oyun keçirməsindən gileylənir.
 

0