[b]Cek Uilşir Londonda qaldı[/b]
09.07.2018 - 20:32
[b]Cek Uilşir Londonda qaldı[/b]

“Arsenal”dan ayrıldıqdan sonra adı bir sıra klublarla hallanan Cek Uilşirin yeni ünvanı bəlli olub. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi yenidən Londonda çıxış edəcək.

 

Belə ki, 26 yaşlı oyunçu paytaxtın digər klubu “Vest Hem”lə anlaşıb. Klubdan verilən rəsmi açıqlamada qeyd edilib ki, onunla 3 illik müqavilə imzalanıb. 

 

Qeyd edək ki, Cek Uilşir 2008-ci ildən “Arsenal”da çıxış edib.

0