"Çəkiclər"in yeni HƏDƏFİ
02.04.2024 - 21:20
"Çəkiclər"in yeni HƏDƏFİ

"Everton"un yarımmüdafiəçisi Amadu Onana "Vest Hem"in hədəfinə çevrilib.

Apasport.az xəbər verir ki, "irislər" oyunçusunun satışından 60 milyon funt-sterlinq qazanmaq istəyir.

Onana bu mövsüm “Everton”un heyətində 30 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Klub hazırda İngiltərə Premyer Liqasında 29 turdan sonra 25 xalla 16-cı pillədə qərarlaşıb.

0