"Fənərbaxça"nın daha bir futbolçusu zədəlilər siyahısına qoşulub.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Anderlext"lə ilk matçının 75-ci dəqiqəsində meydandan çıxarılan Edin Ceko sıradan çıxıb.
Ceko zədələndi
38 yaşlı futbolçunun əlində sınıq aşkarlanıb. Buna baxmayaraq, bosniyalı futbolçu Mert Hakan Yandaş kimi xüsusi sarğı ilə oynaya biləcək.
Edin Ceko bu mövsüm nə qədər qol vurub?
Ceko bu mövsüm bütün yarışlarda 35 matçda oynayıb, 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
"Fənərbaxça" - "Anderlext" matçının nəticəsi
İstanbulda baş tutan görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
"Fənərbaxça"nın zədəli futbolçuları
Qeyd edək ki, "Fənərbaxça"nın 6 oyunçusu - Dieqo Karlos, Aleksandr Ciku, Rodriqo Bekao, Ceyden Ostervolde, İsmail Yüksek və Çağlar Söyüncü zədəlidir (Bax).
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə