[b]“Çelsi” “İnter”i məğlub etdi - VİDEO[/b]
29.07.2018 - 00:10
Beynəlxalq Çempionlar Kuboku turniri davam edir. Apasport.az saytının məlumatına görə, növbəti qarşılaşma “Çelsi” ilə “İnter” arasında keçirilib.
Matça sürətli başlayan ingilislər Pedro Rodrigesin 8-ci dəqiqədə vurduğu qolla hesabı açıb. Lakin Roberto Qalyardini 49-cu dəqiqədə bərabərliyi təmin edib – 1:1. Oyun bu hesabla başa çatdığından, qalib penaltilər seriyası ilə müəyyənləşib. Həlledici zərbələrdə “zadəganlar” dəqiq olublar.
Beynəlxalq Çempionlar Kuboku
28 iyul
“Çelsi” (İngiltərə) – “İnter” (İtaliya) – 1:1
Qollar: Pedro, 8 – Qalyardini, 49
Penaltilər seriyası – 5:4
0
0