“Çelsi” müdafiəçisi ilə yollarını ayıracaq
11.11.2025 - 14:35
“Çelsi” müdafiəçisi ilə yollarını ayıracaq

Noyabrın 5-də, UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşan (2:2) “Çelsi” müdafiəçisi Aksel Disasi ilə yollarını ayırmağa hazırlaşır.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu qış transfer pəncərəsində klubu tərk edəcək. Baş məşqçi Enzo Mareska Disasini bu mövsüm əsas heyətdən kənar saxlayıb və onu geri qaytarmaq fikrində deyil.

Disasi cari mövsümdə londonluların heyətində bir dəfə də olsun meydana çıxmayıb.

“Çelsi” fransalı müdafiəçini 2023-cü ilin yayında, “Monako”dan 45 milyon avroya transfer etmişdi.