"Çelsi"də yeni müqavilə
02.08.2023 - 11:53
"Çelsi"də yeni müqavilə

"Çelsi" futbolçusu Levi Kolvill ilə müqavilənin müddətini artırıb.

Apasport.az saytı xəbər verir ki, 20 yaşlı müdafiəçi 2029-cu ilin yayına kimi “zadəganlar”ın şərəfini qoruyacaq.

London klubunun öz yetirməsi olan ingilis arxa xətt oyunçusu 2019-cu ildə “Çelsi”nin akademiyasına qəbul edilib. O, 2021-ci ildən əsas komandaya cəlb edilib.
    
Qeyd edək ki, Kolvill ötən mövsüm 22 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0