“Çelsi”dən 70 milyonluq transfer
08.12.2022 - 10:30
“Çelsi”dən 70 milyonluq transfer

Fransa millisinin və “Leypsiq”in futbolçusu Kristoffer Nkunkunun yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını “Çelsi”də davam etdirəcək.

Onun keçidi ilə bağlı razılıq əldə olunub. 2023-cü ilin yayında İngiltərə klubuna yollanacaq Nkunku 5 illik müqavilə imzalayacaq. Londonlular bu transfer üçün 70 milyon avro ödəyəcək.

Qeyd edək ki, forvard cari mövsüm Bundesliqanın 15 matçında 2 qol vurub.


 

0