"Çelsi"nin Şeşko planı
08.02.2024 - 13:19
"Çelsi" hücum xəttini sloveniyalı futbolçu ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, "mavilər" "Leypsiq"də çıxış edən 20 yaşlı Benjamin Şeşko ilə maraqlanır.
Klub yayda futbolçunu transfer etmək üçün 50 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, sloveniyalı ötən yaydan "Leypsiq"də çıxış edir. Onun komanda ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
Şeşko bu mövsüm Almaniya təmsilçisinin formasıyla çıxdığı 17 matçda 5 qol ilə yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0