Milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günün ən maraqlı qarşılaşmasında daim iddialılar sırasında olan, lakin DÇ-2018-in seçmə mərhələsində uğursuzluq yaşayan İtaliya və Hollandiya qarşılaşıb.
Bu matçda qalib müəyyənləşməyib – 1:1. Çili, Mərakeş və Hindistan isə günü qələbə ilə başa vurub.
Yoxlama oyunları
4 iyun
İtaliya – Hollandiya – 1:1
Zaza, 67 – Ake, 88
Serbiya – Çili – 0:1
Maripan, 88
Mərakeş – Slovakiya – 2:1
Kaabi, 64, Belhanda, 74 – Qrequş, 59
Ermənistan – Moldova – 0:0
Hindistan – Keniya – 3:0
Çiçetri, 68-p., 90, Lalpexlua, 71