ÇL finalının hakimi dəyişəcəkmi?
02.06.2023 - 00:17
ÇL finalının hakimi dəyişəcəkmi?

UEFA Çempionlar Liqasında finalın hakimi Şimon Marçinyak əvəzlənə bilər.

Apasport.az saytı xəbər verir ki, “Mançester Siti” – “İnter” oyununu idarə edəcək ədalət təmsilçisinin adı siyasi qalmaqalda hallanır.

Diskrimanisiya ilə mübarizə aparan “Never Again” təşkilatı Marçinyakın polşalı siyasətçi Slavomir Mertsenə dəstək verdiyini açıqlayıb. Hakimin spiker kimi iştirak etdiyi “Everest” tədbirində “Biz yəhudiləri, homoseksualları, abortları istəmirik” şüarları səsləndirilib. Bundan başqa, Mertsenin rəhbəri olduğu partiyanın Polşada seçkilərdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, UEFA baş verənlərdən narahatlığını dilə gətirib və araşdırma aparacağını qeyd edib. 
 

0