ÇL: Həftənin ən yaxşı qolu seçildi
19.04.2024 - 19:45
ÇL: Həftənin ən yaxşı qolu seçildi

Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Dortmund “Borussiya”sının müdafiəçisi Yen Matsenin 1/4 final mərhələsi çərçivəsində “Atletiko” ilə cavab matçında vurduğu qol ən yaxşı adına layiq görülüb.

“Atletiko” üzərində cavab görüşündə 4:2 hesablı qələbə qazanan “Borussiya” yarımfinala yüksəlib. Komandalar arasında Madriddəki ilk qarşılaşmada ispanlar 2:1 hesablı qələbə qazanmışdı. “Borussiya”nın yarımfinaldakı rəqibi PSJ olacaq.

0