AL: Həftənin oyunçusu adına namizədlər bilindi
08.11.2019 - 08:47
AL: Həftənin oyunçusu adına namizədlər bilindi

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib.

APA-nın məlumatına görə, UEFA qrup mərhələsinin IV turunda fərqlənən 4 oyunçunu fərqləndirib.

Bunlar Markus Raşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”), Enzo Krivelli (“Başakşəhər”) və Munir El Hadadidir ("Sevilya"). Turun ən yaxşısı azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.