Azərbaycan milli komandası uğursuz çıxış etdiyi AVRO-2020-nin seçmə mərhələsində 16 klubun futbolçularına güvənib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Nikola Yurçeviç yığmanın keçirdiyi 8 qarşılaşmada 7 yerli, 9 xarici klubdan olan oyunçulara güvənib.
Premyer Liqa təmsilçilərindən yalnız “Qəbələ” bu il yığmaya futbolçu verməyib. Baş məşqçinin şans verdiyi futbolçulardan üçü – Renat Dadaşov, Ramil Şeydayev və Eddi İsrafilov burada iki klubu təmsil edib. Tsikldə millidəki təmsilçi sayında mütləq lider “Qarabağ”dır.
Ağdam klubunun 8 üzvü seçmə mərhələdə üst-üstə 38 matç keçirib. Ən yaxın izləyiciləri “Neftçi” və “Sabah”dan təxminən üç dəfə üstündür.
Xarici klublara gəlincə, Almaniya, İspaniya, Rusiya və Portuqaliyanın hərəsindən iki, Qazaxıstandan bir komanda yığmaya oyunçu verib. İki futbolçu Almaniya təmsilçilərindən çağırılıbsa, İspaniya, Rusiya və Portuqaliyada eyni futbolçu 2 klubu təmsil edib.
Qeyd edək ki, yığmamız 8 oyunda 1 xalla E qrupunda sonuncu – 5-ci yeri tutub.
|
№ |
klublar |
futbolçu |
oyun |
qol |
|
1 |
Qarabağ |
8 |
38 |
2 |
|
2-3 |
Neftçi |
3 |
13 |
-12 |
|
|
Sabah |
3 |
13 |
1 |
|
4 |
Səbail |
2 |
12 |
0 |
|
5-7 |
Aue (Almaniya) |
1 |
5 |
0 |
|
|
Dinamo (Rusiya) |
1 |
5 |
0 |
|
|
Zirə |
2 |
5 |
0 |
|
8-9 |
Aleksandriya (Ukrayna) |
1 |
4 |
0 |
|
|
Tobol |
1 |
4 |
-6 |
|
10 |
Krılya Sovetov (Rusiya) |
1 |
3 |
2 |
|
11-14 |
Pakus de Ferreyra (Portuqaliya) |
1 |
2 |
0 |
|
|
Albasete (İspaniya) |
1 |
2 |
0 |
|
|
Eştoril (Portuqaliya) |
1 |
2 |
0 |
|
|
Proyssen (Almaniya) |
1 |
2 |
0 |
|
15-16 |
Alkorkon (İspaniya) |
1 |
1 |
0 |
|
|
Keşlə |
1 |
1 |
0 |