AVRO-2020: Danimarka – Rusiya oyununun meydan sahibi dəqiqləşdi
22.11.2019 - 15:57
AVRO-2020: Danimarka – Rusiya oyununun meydan sahibi dəqiqləşdi

AVRO-2020-nin final mərhələsində keçiriləcək Danimarka – Rusiya oyununun meydan sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, B qrupunda baş tutacaq qarşılaşma Kopenhagendə təşkil olunacaq.

Bu, püşkə əsasən müəyyənləşib. Danimarka qrupdakı hər üç oyunu evdə keçirəcək. Rusiya isə iki matçı Sankt-Peterburqda oynayacaq.

Qeyd edək ki, Avropa çempionatı 2020-ci il iyunun 12-dən iyulun 12-dək olacaq.