Aleksey Baqa: "Gücümüz çatmadı"
15.04.2022 - 18:59
“Üstünlüyümüz var idi. Oyun ərzində fərqi artırmaq üçün şanslar da oldu".
Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının XXIII turunda “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
Belaruslu mütəxəssis matçın ardından fikrini bu sözlərlə davam etdirib: “Rəqibin müdafiə xəttində boşluqlar var idi, yararlana bilmədik. Çoxdan gözlədiyimiz qələbəni əldə etmək üçün ikinci qola gücümüz çatmadı. "Qəbələ"nin standart vəziyyətdən vurduğu kuryoz qol bizim üçün yaxşı olmadı. Bu, xoşagəlməz an idi".
0
0