Ançelotti: “Nəticə yaxşı deyil”
27.04.2022 - 10:16
Ançelotti: “Nəticə yaxşı deyil”

“Futbol azarkeşinin nöqteyi-nəzərindən fantastik oyun oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” ilə keçirilən ilk oyun barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis komandasının 3:4 hesabı ilə məğlub olmasına görə müdafiəçilərini qınayıb: “Dörd qol buraxdığımız üçün bu ilk oyundan çox da uğurlu olmayan nəticə ilə ayrıldıq. Çox yaxşı müdafiə olunmadıq, arxa xətdə daha etibarlı çıxış etməliydik. Müdafiəçilər diqqətli olmalıdır. Nəticə yaxşı deyil, biz daha yaxşı müdafiə olunmalıyıq. Xüsusən də, ilk iki qolu çox tez buraxdıq. Bunun fonunda “Santyaqo Bernabeu”ya vurduğumuz üç qolla çıxacağıq”.

Qeyd edək ki, cavab görüşü mayın 4-də Madriddə keçiriləcək.