Azərbaycan Kuboku: Cavab oyunlarının təqvimi açıqlandı
20.04.2022 - 12:19
Azərbaycan Kuboku: Cavab oyunlarının təqvimi açıqlandı

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, eyni gündə keçiriləcək görüşlər aprelin 29-da baş tutacaq.

İlk finalçı “Qarabağ” – “Qəbələ” qarşılaşmasında bəlli olacaq. Ardınca “Neftçi” “Zirə”ni qəbul edəcək. Hər iki matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
29 aprel (cümə)
17:30. “Qarabağ” – “Qəbələ”

“Azersun Arena” 
20:30. “Neftçi” – “Zirə”
“Bakcell Arena”