“Barselona”nın kapitanı Serxio Buskets PSJ-də çıxış edən sabiq komanda yoldaşı Lionel Messinin kluba qayıtması ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.
Apasport.az saytının “championat.com”a istinadən məlumatına görə, təcrübəli yarımmüdafiəçi bunu çox arzuladığını etiraf edib.
Ancaq Busketsin fikrincə, argentinalının dönüşü o qədər də asan görünmür: “Messinin “Barsa”ya qayıtmasını istərdim. Lakin bu asan olmayacaq. Çünki onun PSJ ilə müqaviləsi var”.
Qeyd edək ki, Lionel Messi ötən ilin yayında “Barselona”dan PSJ-yə keçib. Onun gedişindən sonra Kataloniya klubunda kapitanlıq sarğısı Busketsə tapşırılıb.