“İndiyə qədər əldə etdiyimiz uğurlara görə komanda yoldaşlarıma təşəkkür edirəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın hücumçusu Coy-Lens Mikels sosial şəbəkə vasitəsilə yazıb.
Konqo əsilli almaniyalı forvard komandasının Premyer Liqanın son turlarındakı uğurlu çıxışını dəyərləndirib. 28 yaşlı futbolçu finişə 4 tur qalmış turnir cədvəlində 4-cü pilləyə yüksəlmələrinə baxmayaraq, hələ də heç nə əldə etmədiklərini vurğulayıb. O, bununla bağlı qısa şərhində “Hələ hədəflərimizə çatmamışıq”, yazıb.
Qeyd edək ki, “Sabah” son 4 turda müvafiq olaraq “Qarabağ”, “Səbail”, “Sumqayıt” və “Qəbələ” ilə qarşılaşacaq. “Şamaxı” ilə XXIV tur matçında (5:1) dubl edən Coy-Lens Mikels isə hazırda 11 qolla Premyer Liqanın şərikli bombardiridir.