“Yaxşı, maraqlı oyun oldu".
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın hücumçusu İbrahima Vadji Azərbaycan Premyer Liqasının XXIII turunda “Şamaxı” ilə keçirilən oyun barədə danışarkən deyib.
Seneqallı forvard het-triklə komandasının 8:0 hesablı qələbəsinə töhfə verib. 27 yaşlı oyunçu “CBC Sport” telekanalına açıqlamasında fikrini bu sözlərlə davam etdirib: “Bİrinci hissəni xüsusi qeyd edərdim. Həm mən, həm də komanda yoldaşlarım qol vurdu".
Premyer Liqada aktivindəki qolların sayını 8-ə çatdıran Vadji hər matçda qol vurmaq arzusunda olduğunu deyib: "Mənim istəyim komandama kömək etməkdir. Təbii ki, mənim istəyim hər oyunda qol vurmaqdır. Ümid edirəm ki, hər matçda fərqlənərəm".