Avrokuboklar tarixində 52-ci dəfə Azərbaycan klubu böyük hesabla uduzub.
Apasport.az saytının məlumatına görə, bu uğursuzluğun müəllifi “Qarabağ” olub.
Ağdam klubu öz meydanında “Marsel” qarşısında aciz qalıb. Konfrans Liqasının pley-off mərhələsinin Bakıdakı cavab görüşündə qonaqlar 3 cavabsız qol vurub.
Bu, 1994-cü ildən Avropada çıxış edən Azərbaycan klublarının ümumilikdə 52-ci acınacaqlı yenilgisidir. Bunlardan 18-ni, yəni 1/3-dən dıə çoxunu “Qarabağ” alıb.
Böyükhesablı yenilgi sayında ikinci yerdə olan “Neftçi” ilə “Qarabağ” arasında ikiqat fərq var. Elə bakılıların özü də ən yaxın “izləyiciləri”ni ikiqatdan da artıq fərqlə “qabaqlayırlar”.
Qeyd edək ki, 13 komandamız belə məğlubiyyətlə üzləşib.
Avrokuboklarda böyük hesabla uduzan klublarımız
1. “Qarabağ” - 18
2. “Neftçi” - 9
3-5. “Kəpəz” - 4
“Qəbələ” – 4
“Keşlə” - 4
6. “Şəmkir” - 3
7-9. “Bakı” - 2
“Şəfa” - 2
“Xəzər Lənkəran” - 2
10-13. “Turan” - 1
“Xəzri” - 1
“Viləş” - 1
“Simurq” – 1