İvan Brkiç: “Səhvlərin üzərində işləməliyik”
16.04.2022 - 22:36
İvan Brkiç: “Səhvlərin üzərində işləməliyik”

“Çətin oyun oldu. Vacib qələbə qazandıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin qapıçısı İvan Brkiç Azərbaycan Premyer Liqasının XXIII turunda “Sabah”la keçirilən oyun barədə danışarkən deyib.

Xorvatiyalı qolkiper 1:0 hesabı ilə qalib gəldikləri matçın ardından “CBC Sport” telekanalına açıqlamasında təəssüratlarını bölüşüb: “Meydana 3 xal üçün çıxmışdıq və bunu bacardığımız üçün çox sevinirəm. Matç artıq geridə qaldı. Amma növbəti görüşlər üçün nəticə çıxarmalı, bəzi səhvlərin üzərində işləməliyik”.

Brkiç artıq “Neftçi”yə uyğunlaşdığını söyləyib: “Hər bir oyunçu üçün yeni komandaya keçəndə uyğunlaşmaq üçün vaxt lazım olur. Mənim də oyundan-oyuna, məşqdən-məşqə komandaya uyğunlaşma dönəmim keçir. Artıq həm ölkəyə, həm də komandaya uyğunlaşmışam. Məşqlərdə əlimdən gələni edirəm ki, oyunlarda komandama faydalı olum”.