"Qəbələ"nin xorvatiyalı müdafiəçisi İvitsa Juniçin apasport.az saytına müsahibəsi
- "Qəbələ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sabah"la ilk görüşündə 3:0 hesablı qələbə qazandı. Matçı necə dəyərləndirərdiz?
- "Sabah" yaxşı komandadır. Oyun da çətin keçdi. Sadəcə biz qol imkanlarımızdan istifadə edə bildik. Amma bu hər şeyin həll olunduğu demək deyil. Bu sadəcə birinci oyun idi. Hələ bir qarşılaşma da var və həmin matça da ciddi hazırlaşmaq lazımdır.
- Qalib mühakimə edilmir. Sadəcə maraqlıdır, 3:0 hesablı qələbə qazanmağınız gözlənilməz olmadı ki?
- Bizim üçün yaxşı nəticədir. Qapımızda qol görməməyimiz də əlavə üstünlükdür. Gözlənilməz dedikdə, yaxşı oynadıq və yaratdığımız qol imkanlarından istifadə etdik. Buna baxmayaraq, ikinci oyuna da ciddi hazırlaşmaq lazımdır.
- Artıq "Qəbələ"nin yarımfinal istəyini böyük ölçüdə həll etdiyini demək olar?
- Xeyr, hələ qarşıda ikinci oyun var. Ciddi hazırlaşmalıyıq. Hələ heç nə həll edilməyib.
- Futbolçuların cavab qarşılaşmasına rahat çıxmaq ehtimalı sizi qorxutmur ki?
- Yox. Hər birimiz bütün matçlara ciddi yanaşmağın lazım olduğunu yaxşı bilirik. İlin son oyununa çıxacağıq. Ciddi, kompakt oynamalı, arxayınlaşmamalı, birinci görüşdəki nəticəyə baxmamalıyıq. Cavab oyununda hər şey yenidən başlayacaq.
- "Qəbələ" ardıcıl son 3 ev oyunlarda 3 qol vuraraq qalib gəlir. Bunun sirri nədədir?
- Məncə, burada heç bir sirr yoxdur. Komanda oyuna ciddi yanaşır. Sona qədər də mütləq bu cür davam etmək lazımdır.
- "Qəbələ" Premyer Liqada uzun müddət son pillələrdə olsa da, artıq “Səbail”i qabaqlayır. Qış fasiləsindən sonra gözləntiləriniz nədir?
- Bəli, kubokun cavab oyunundan sonra fasilə yaranacaq. Fevralda yenidən başlayacaq çempionata isə qışda yaxşı hazırlaşmaq lazımdır. Yalnız irəliyə baxıb, bacardıqca çox xal toplamalıyıq.
- Komandada maddi problemlər olduğu deyilir. Maaşlarınızı ala bilirsiz?
- Hələ ki, komandada hər şey qaydasındadır. Biz futbolçuların işi meydanda bacardığımızı ortaya qoymaq, məşqlərimizi etməkdir. Maddi məsələlərə gəldikdə, klubda səlahiyyətli, bu işlə məşğul olan insanlar. Onlar bu işlə məşğuldurlar. Məncə, hər şey gələcəkdə də yaxşı olacaq.
- İlin sonunda “Qəbələ” ilə müqaviləniz başa çatır. Hansısa klublardan təklif almısız, yoxsa "Qəbələ"də qalmaq istəyirsiz?
- Mən hələ ki, "Qəbələ"nin futbolçusuyam. Qarşıda bizi bir oyun gözləyir. Daha sonra necə olacağına baxacağıq. Rahat danışacağıq, əgər hər şey yaxşı olsa, klub istəsə burada qalaram.
- Azərbaycandan əvvəl Qazaxıstanda oynamısız. Tez-tez bu iki ölkənin yüksək liqası, futbolu müqayisə edilir. Siz necə müqayisə edərdiz, hansı liqa daha güclüdür?
- Qazaxıstan çempionatı da, Azərbaycan çempionatı da yaxşıdır. Orada komandaların sayı buradakından çoxdur. Hansının güclü olduğunu demək çətindir. Hər iki ölkənin çempionatını güclü hesab etmək olar. Sadəcə fərq, komanda sayındadır.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı