Tyerri Anri: “Qarabağ”la oyun bəhanədir”
01.03.2022 - 17:01
Tyerri Anri: “Qarabağ”la oyun bəhanədir”

“1:0 hesabından sonra “Marsel”in topu saxlayacağını, tempi daha da artıracağını düşünürdüm”.

Apasport.az saytının məlumatına görə, bunu Fransa futbolunun canlı əfsanəsi Tyerri Anri “Marsel”in Fransa çempionatının XXVI turunda səfərdə “Trua” ilə heç-heçə etdiyi (1:1) oyun barədə danışarkən deyib.

Belçika millisində məşqçi kimi fəaliyyət göstərən 45 yaşlı mütəxəssisin fikrincə, “Marsel”in ötən həftəiçi Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab görüşü üçün Bakıya gəlməsi komandaya fiziki cəhətdən mənfi təsir etməməlidir: “Marsel”in “Trua” ilə heç-heçəsinə görə “Qarabağ”la oyunu bəhanə edəcəklər. Deyəcəklər ki, “Qarabağ”la səfərdə çətin oyun keçiriblər, uzun səyahət ediblər. Ancaq ondan əvvəl yaxınlıqda olan “Mets”ə (1:2), daha sonra “Klermon”a (0:2) uduzmuşdular. Düzdür, “Trua”nın çox imkanları olmadı, ancaq “Marsel”dən daha çox şey gözləyirdim”.

Qeyd edək ki, “Qarabağ”ı Marseldə 3:1, Bakıda isə 3:0 hesabı ilə məğlub edən “Marsel” Konfrans Liqasında 1/8 final mərhələsinə yüksəlib.