“Azərbaycanla oyun dostluq çərçivəsində olacaq” – baş məşqçi
26.05.2021 - 18:55
“Mövsüm başa çatdıqdan dərhal sonra toplanışa başladıq. Dünəndən bütün futbolçular düşərgədədir”.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş deyib.
AVRO-2020-nin hazırlığına start verən “ay-ulduzlular” təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü sabah Alanyada Azərbaycan millisinə qarşı keçirəcək.
69 yaşlı mütəxəssis qarşılaşma öncəsi qısaca təəssüratlarını bölüşüb: “Əlimizdəki hazır futbolçuları Azərbaycanla oyunda meydana buraxacağıq. Hələlik bütün oyunçularımız hazır deyil. Azərbaycanla dostluq çərçivəsində bir oyun olacaq”.
0
0