[b]Dadaşov qolla başladı[/b]
28.07.2018 - 20:11
[b]Dadaşov qolla başladı[/b]

Almaniya III Bundesliqada 2018-19 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun yeni transfer olunduğu “Proyssen” ilk turda “Fortuna”nın qonağı olub.

 

Kölndə baş tutan görüşdə Münster təmsilçisi böyükhesablı qələbə qazanıb – 4:1. Meydana start heyətində daxil olan Dadaşov 43-cü dəqiqədə komandasının 2-ci qoluna imza atıb.

 

Həmyerlimiz "Proyssen" 3:1 hesabı ilə öndə olarkən 73-cü dəqiqədə baş məşqçi tərəfindən əvəzlənib.