Dani Alveş 4 il 5 ay müddətinə azadlıqdan məhrum edildi
22.02.2024 - 13:24
Dani Alveş 4 il 5 ay müddətinə azadlıqdan məhrum edildi

Tarixin ən titullu futbolçularından biri olan Dani Alveş təcavüzə görə həbs cəzası alıb.

Apasport.az xəbər verir ki, İspaniya məhkəməsi Braziliya millisinin və "Barselona"nın sabiq müdafiəçisi Alveşi gecə klubunda cinsi təcavüzdə təqsirli bilib.

Futbolçu 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zamanı Alveş Barselonadakı gecə klublarından birində bir qızla cinsi əlaqədə olduğunu etiraf edib, lakin hər şeyin qarşılıqlı razılıq əsasında baş verdiyini vurğulayıb. Lakin məhkəmə təqsirləndirilən şəxsin arqumentlərini əsassız hesab edərək, onu təqsirli bilib.

0