Dani Alves: “Dani Alves çox güclü görünür”
24.11.2022 - 23:48
Dani Alves: “Dani Alves çox güclü görünür”

Braziliya millisinin futbolçusu Dani Alves dünyanın ən yaxşı sağ cinah müdafiəçilərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 39 yaşlı veteran müdafiəçi dörd oyunçunun adını çəkib.

O, özünü də bu siyahıya daxil edib: “Mən Joao Kanselu, həmçinin “çelsi”dən Ris Ceyms və Trent Aleksander-Arnoldun fanatıyam. Onların hamısı 50 metr irəli ötürmə etməyi bacarır. Həmçinin də Dani Alves, o, mənə çox güclü görünür”.

Qeyd edək ki, braziliyalının özündən başqa fərqləndirdiyi hər üç müdafiəçi İngiltərə Premyer Liqasında çıxış edir. Kanselu “Mançester Siti”də, Ceyms “Çelsi”də, Aleksander-Arnold “Liverpul”da forma geyinir.
 

0