[b]Dani Alves keçmiş klubuna qayıdır?[/b]
05.06.2018 - 13:48
[b]Dani Alves keçmiş klubuna qayıdır?[/b]

PSJ-nin müdafiəçisi Dani Alves yayda iş yerini dəyişə bilər. Apasport.az saytının Sport.es-ə istinadən məlumatına görə, 35 yaşlı futbolçu sabiq klubu “Sevilya”ya təklif edilib.

 

Dani Alvesin xidmətində maraqlı olmayan yeni baş məşqçisi Tomas Tuxel onunla yollarını ayırmağa hazırdı.

 

Braziliyalının PSJ ilə olan müqaviləsi 2019-cu ilin 30 iyununda başa çatır.

 

Qeyd edək ki, Dani Alves 2003-2008-ci illərdə “Sevilya”da çıxış edib.