DÇ-2022-də qol vurdu, “Bavariya”nın hədəfinə düşdü
01.12.2022 - 01:52
DÇ-2022-də qol vurdu, “Bavariya”nın hədəfinə düşdü

Almaniya millisinin futbolçusu Nikllas Fülkruq klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “Verder”in bombardiri “Bavariya”nın maraq dairəsinə düşüb.

Münhen klubu 29 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir. Fülkruq bremenlilərlə müqaviləsini yeni uzadıb. O, 2025-ci ilin yayına qədər “Verder”ə bağlı olacaq.

Amma ciddi maliyyə problemləri olan klubu onu satmağa razıdır. Bremenlilər hücumçu üçün cəmi 10 milyon avro istəyir.

Qeyd edək ki, Fülkruq DÇ-2022-nin İspaniya ilə oyununda (1:1) komandasının bərabərlik qoluna imza atıb.

0