[b]DÇ-2030-da daha bir iddiaçı[/b]
10.07.2018 - 19:50
[b]DÇ-2030-da daha bir iddiaçı[/b]

2030-cu ildə keçiriləcək dünya çempionatının final mərhələsini qəbul etmək istəyində olan daha bir ölkə məlum olub. Apasport.az saytı xəbər verir ki, Misir mundiala ev sahibliyi etmək arzusunu açıqlayıb.

 

DÇ-2010-da bu hüququ CAR-a uduzan misirlilər ikinci dəfə mübarizəyə qoşulmaq niyyətindədi.

 

Qeyd edək ki, bunadək Uruqvayla Argentina ikisi birlikdə, həmçinin Mərakeş, Əlcəzair və Tunis “üçlüy”ü DÇ-2030 arzusunu ortaya qoyub.