"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne yeni saç düzümü ilə azarkeşləri təəccübləndirib.
Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçunun komandasından ayrılacağı gözlənilsə də, o, Qvardiolanın rəhbərliyi altında məşqlərə qoşulub.
Çərşənbə axşamı baş tutan məşqdə Ruben Diaş, Manuel Akanji və Jeremi Dokunun da olması diqqət çəkib. "Mançester Siti" bu mövsüm ardıcıl altıncı Premyer Liqa çempionluğu üçün çalışacaq.
Belçikalı ulduz De Bruynenin isə "şəhərlilər"lə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, futbolçu məşqlərə gec qoşulduğu üçün avqustun 10-da "Mançester Yunayted"ə qarşı "Community Shield" matçında meydanda olmaya bilər.
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
- Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü
- “Marsel” Genesionu göndərmək istəsə də, "əli-qolu bağlıdır"
- “Valensiya”da yeni baş məşqçi – Xavyer Aqirre yenidən İspaniyada