De Rossinin yenidən A Seriyasında - RƏSMİ
06.11.2025 - 18:13
“Cenoa”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi bu posta Daniele De Rossini gətirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Cenoa”ya son olaraq Patrik Vieyra rəhbərlik edib.
0
0