De Xeanın qayıdışı - Son 8 ildə ilk... 
07.10.2024 - 12:29
De Xeanın qayıdışı - Son 8 ildə ilk... 

Futbol üzrə İtaliya çempionatının 7-ci turunda "Fiorentina" doğma meydanda "Milan"ı qəbul edib.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted"dən ayrıldıqdan sonra 1 il klubsuz qalan və bu yay "Fiorentina"ya keçən David De Xea "Milan"la matçda 2 penalti dəf edərək florensiyalıların 2:1 hesablı qələbəsində müstəsna rol oynayıb. 

33 yaşlı "çərçivə qoruyucusu" həm də İtaliya A Seriyasında son 8 ildə bir oyunda 2 penalti çıxaran ilk qapıçı kimi tarixə düşüb. 

Qeyd edək ki, sonuncu dəfə 8 may 2016-cı ildə "Karpi" - "Latsio" görüşündə qonaqların qolkiperi Federiko Marketti eyni göstəriciyə nail olmuşdu.

0