De Zerbi Fatidən narazı qalıb
03.04.2024 - 09:56
De Zerbi Fatidən narazı qalıb

"Brayton"un baş məşqçisi Roberto de Zerbi hücumçu Ansu Fatinin çıxışını tənqid edib.

Apasport.az xəbər verir ki, “Marca” qəzeti italiyalı mentorun sözlərini yazıb:

“Ansu meydanda ondan aldığımızdan çox şey verməlidir. Bu nəticə hələ kifayət etmir. Ondan gözləntilər çox böyük idi. Biz ona kömək etmək üçün əlimizdən gələni edirik. Fati əla oğlandır, onunla işləmək çox xoşdur. Mən ona kömək etmək istəyirəm”.

Xatırladaq ki, “qağayılar” Fatini Kataloniya “Barselona”sından icarəyə götürüb. İngiltərə Premyer Liqasının hazırkı buraxılışında 21 yaşlı hücumçu 15 oyun keçirib və o, 2 qol vurub.

 

0