Deşam jurnalisti məhkəməyə verdi
31.03.2023 - 22:30
Deşam jurnalisti məhkəməyə verdi

Fransa millisinin baş məşqçisi Didye Deşam RMC-nin jurnalisti Daniel Riolonu məhkəməyə verib.

Apasport.az xəbər verir ki, buna səbəb mütəxəssisin Kərim Benzemanın DÇ-2022-yə getməyəcəyini açıqlamasından sonra jurnalistin onun əleyhinə “yalançı” və “manipulyator” kimi ifadələr işlətməsidir.

“Deşamın tənqid, hətta sərt tənqidlə problemi yoxdur. Ancaq burada onun ədəb və dürüstlüyü şübhə altına alınır. Riolo “yalançı” və “manipulyator” ifadələrini işlədib. Bunlar qəbuledilməz sözlərdir”, – deyə Deşamın vəkili bildirib.

0